SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

İdman

Bugün, 19:12

Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi olub.

Olimpiyadunyasi.com xəbər verir ki, xəbər verir ki, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF), Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Cüdo Federasiyasının (ACF), eləcə də iştirakçı ölkələrin milli federasiyalarının nümayəndələri iştirak ediblər.

Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışı olan dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq.

IJF-in baş katibi Liza Allan beynəlxalq cüdo ailəsini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, yarışın təşkilinə görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib və bütün idmançılara uğurlar arzulayıb.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu tədbir iştirakçılarını Azərbaycan Cüdo Federasiyası adından salamlayaraq dünya çempionatına yenidən ev sahibliyi etməyin və beynəlxalq cüdo ailəsini Bakıda qarşılamağın Azərbaycan üçün böyük şərəf olduğunu bildirib.

O qeyd edib ki, Bakı dünyanın aparıcı cüdoçularını beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında bir araya gətirəcək. Rəşad Rəsullu müxtəlif ölkələrdən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışması üçün yaradılan şəraitdən qürur duyduqlarını vurğulayıb.

ACF-in icraçı vitse-prezidenti dünya çempionatının təşkilinə göstərilən dəstəyə görə IJF-in prezidenti Marius Vizerə və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova, həmçinin yarışın hazırlıq və təşkilati prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanın ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etdiyini vurğulayaraq tədbir iştirakçılarını Bakıda salamlayıb.

O, cüdonun Azərbaycanda ən populyar idman növlərindən birinə çevrildiyini, idmançılarımızın beynəlxalq arenada mühüm uğurlar qazandığını bildirib. Elnur Məmmədov, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncamla IJF-in prezidenti Marius Vizerin “Dostluq” ordeni ilə təltif edildiyini qeyd edib və bütün idmançılara uğurlar arzulayıb.

Daha sonra IJF-in baş idman direktoru Vladimir Barta yarış proqramı və püşkatma proseduru barədə məlumat verib.

IJF-in hakimlər üzrə baş direktoru Xuan Karlos Barkos isə hakimliklə bağlı əsas qaydaları diqqətə çatdıraraq yarış zamanı müəyyən edilmiş tələblərə riayət olunmasının vacibliyini vurğulayıb.

Ardınca püşkatma keçirilib və dünya çempionatında mübarizə aparacaq cüdoçuların turnir cədvəlindəki yolları müəyyənləşib.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq.

Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.

Azərbaycan cüdoçularının ilk rəqibləri:

Qadınlar

48 kiloqram

1/32 final

Şəfəq Həmidova – Nataşa Razafindrakalo (Madaqaskar)

1/16 final

Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)

52 kiloqram

1/16 final

Gültac Məmmədəliyeva – Gefen Primo (İsrail)

57 kiloqram

1/32 final

Xədicə Qədəşova – Janar Joldoşeva (Qırğızıstan)

63 kiloqram

1/16 final

Hanna Zaytseva – Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi ilə

70 kiloqram

1/32 final

Südabə Ağayeva – Ai Tsunoda Roustant (İspaniya)

+78 kiloqram

1/16 final

Madina Kaisinova – Asya Tavano (İtaliya)

Kişilər

60 kiloqram

1/16 final

Balabəy Ağayev – Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə

Əhməd Yusifov – Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə

66 kiloqram

1/32 final

Turan Bayramov – Radu İzvoreanu (Moldova)

Nizami İmranov – Vaja Marqvelaşvili (Gürcüstan)

1/16 final

Ruslan Paşayev – Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi ilə

73 kiloqram

1/32 final

Hidayət Heydərov – Akil Qyakova (Kosovo)

1/16 final

Rəşid Məmmədəliyev – Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi ilə

81 kiloqram

1/32 final

Vüsal Qələndərzadə – Hristo Valkov (Bolqarıstan)

1/16 final

Zelim Tçkayev – Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi ilə

Ömər Rəcəbli – Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi ilə

90 kiloqram

1/32 final

Elcan Hacıyev – Aleksander Knauf (ABŞ)

Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)

1/16 final

Murad Fətiyev – Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə

100 kiloqram

1/32 final

Zelim Kotsoyev – Baymırat Majanov (Türkmənistan)

+100 kiloqram

1/16 final

Uşanqi Kokauri – Emirxan Joldoşkazıyev (Qırğızıstan)

Kənan Nəsibov – Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi ilə

Camal Qamzatxanov – Fransisko Solis (Çili)

Qarışıq komanda yarışı

1/16 final

Azərbaycan - Avstriya

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Dİgər xəbərlər