SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır

Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır

İdman

Bugün, 10:01

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. 

Olimpiyadunyasi.com xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışların üçüncü günündə daha üç cüdoçumuz mübarizəyə başlayacaq. Azərbaycanı qadınların -57 kq, kişilərin isə -73 kq çəki dərəcəsində ümumilikdə 3 cüdoçu təmsil edəcək. -57 kq-da Xədicə Qədəşovanın çempionatdakı ilk rəqibi Qırğızıstan təmsilçisi Janar Joldoşeva olacaq. Tərəflər 1/32 final mərhələsində üz-üzə gələcəklər.

-73 kq-da isə Avropa, dünya və Olimpiya çempionumuz Hidayət Heydərov mübarizəyə 1/32 finaldan başlayacaq. Onun rəqibi Kosovo təmsilçisi Akil Qyakovadır.

Bu çəkidə Azərbaycanın digər təmsilçisi Rəşid Məmmədəliyev isə ilk görüşünü 1/16 finalda keçirəcək. Cüdoçumuz Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) qarşılaşmasının qalibi ilə görüşəcək.

Üçüncü yarış gününün təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatında hazırda komandamızın aktivində bir qızıl medal var. Yeganə medalı komandamıza yarışların birinci günündə Əhməd Yusifov (-60 kq) qazandırıb. Dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. 

Dİgər xəbərlər