SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər 

İdman

Bugün, 13:07

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.

Azərbaycan Taekvondo Federasiyasından Olimpiyadunyasi.com-a verilən məlumata görə, ölkəmizi yarışda 4 idmançı təmsil edəcək.

Bunlar Zəhra İsayeva (44 kq), Gülnar Rəsulzadə (52 kq), Novruz Əliyev (55 kq) və Adil Kazımlıdır (73 kq).

Qeyd edək ki, komandamz mübarizəyə oktyabrın 3-də başlayacaq.

Dİgər xəbərlər