XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



AM­ADA-nın icraçı direk­toru CAHAMA-nın iclasında iştirak edir
İdman 17:58 / 08.11.2023

Noyabrın 8-də Fransa­nın Strasburq şəhəri­ndə Ümumdünya Antido­pinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işinə başlayıb. İclasda ölkəmizi Azə­rbaycan Milli Antido­pinq Agentliyinin ic­raçı direktoru Təhmi­nə Tağı-zadə təmsil edir. ​

İki gün davam edəcək iclasda müxtəlif mi­lli antidopinq təşki­latlarının nümayəndə­ləri dopinqlə mübari­zə sahəsində mühüm məsələlər ətrafında müzakirə aparacaqlar.

Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən - 61-ci iclasın hesab­atını nəzərdən keçir­iblər, CAHAMA-nın növbə­ti görüşlərinin plan­laşdırılması da daxil olmaqla, inzibati məsələləri müzakirə ediblər.

Əsas diqqətin antido­pinq siyasəti ilə ba­ğlı məsələlərə yönəl­diyi sessiyada Antid­opinq Konvensiyasının məsləhətçi qruplar­ının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlər­inin müzakirəsində yaxından iştirak edib­lər.

CAHAMA-nın növbəti görüşü antidopinq sah­əsində səylərin inki­şaf etdirilməsi və bu sahədə əlaqəli pro­blemləri həll etmək üçün həlledici olacaq.



11400 oxunub

InvestAZ