XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Avropa çempionatı: yeniyetmə zəka sahiblərimiz liderlər qrupundadır
İdman 13:49 / 13.09.2023

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatı davam edir. Çempionatın 7-ci turunda 12 yaşadək idmançıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci pilləyə yüksəlib.

14 yaşadək iştirakçıların mübarizəsində Rüstəm Rüstəmov digər ispaniyalı Daniel Tabuenkanı məğlub edib. O, bu qələbədən sonra 6 xalla liderlər sırasındadır. 8 yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.

U-18 yaş qrupunda ağ fiqurlarla oynayan Xəzər Babazadə 7-ci turda Elham Abdrlaufu (Norveç) üstələyib. Hesabında 6 xal olan təmsilçimiz bu kateqoriyada lider mövqedədir.

Ayan Allahverdiyeva Rumıniya şahmatçısı Aleksia-Teodora Puini üstələyib.

Beləliklə, 7 turdan sonra müxtəlif yaş kateqoriyalarında Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə, Əsnad Baxşızadə üçüncü pillədə qərarlaşıblar.

Turnirə sentyabrın 14-də yekun vurulacaq.


11387 oxunub

InvestAZ