XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək
İdman 11:09 / 01.08.2023

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək. İlk oyun günündə 4 qarşılaşma keçiriləcək. "Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün III raunddakı potensial rəqibləri olan Belarusun BATE klubu ilə Kiprin "Aris"i bu dəfə Macarıstanda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Limasoldakı ilk oyunda meydan sahibləri rəqibini darmadağın edib - 6:2.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust

21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna)
İlk oyun - 3:1

22:00. "Olimpiya" (Sloveniya) - "Luduqorets" (Bolqarıstan)
İlk oyun - 1:1

22:00. BATE (Belarus) - "Aris" (Kipr)
İlk oyun - 2:6

22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
İlk oyun - 1:0

Qeyd edək ki, bu mərhələnin digər 8 cavab qarşılaşması avqustun 2-də keçiriləcək.


11734 oxunub

InvestAZ