XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Goranboyda seminar təşkil edilib
İdman 12:27 / 30.07.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) Kəmər imtahan komitəsinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində seminar keçirilib. Seminarda Kəmər imtahan komitəsinin üzvləri, Qərb regionun müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan məşqçiləri və cüdoçuları iştirak ediblər.

Seminarda ötən il Beynəlxalq Cüdo Federasiyasının (BCF) akademiyasında yüksək nəticə əldə edən peşəkar cüdo məşqçiləri tərəfindən imtahanlarda tələb olunacaq fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminar zamanı fəndlərin düzgün icra edilməsi, imtahanların proqramları, qiymətləndirmə meyarları barəsində müzakirələr aparılıb. Bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan kəmər imtahanları haqqında ətraflı məlumat verilib. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Kəmər imtahanlarının əsas məqsədi cüdo idman növünün fundamental, keyfiyyətli inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin bu idman növü ilə məşğul olan uşaq və yeniyetmələrin kəmər dərəcələri vasitəsilə həvəsləndirmə prosesinin effektiv təşkilini həyata keçirməkdir.


17307 oxunub

InvestAZ