XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Tanınmış şair Qəşəm Nəcəfzadənin 60 illik yubileyi qeyd edildi - VİDEO
Mədəniyyət 17:07 / 21.05.2019

Mayın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri, Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Yazıçılar Birliyinin uşaq ədəbiyyatı bölməsinin rəhbəri, "Azərbaycan” jurnalının poeziya şöbəsinin redaktoru, şair-publisist, xaricdə və ölkəmizdə nəşr edilən 36 kitabın müəllifi Qəşəm Nəcəfzadənin 60 illik yubiley tədbiri keçirilib.Tanınmış şairin yubiley tədbirində şair və yazıçılar, millət vəkilləri, aktyorlar, incəsənət xadimləri və çoxsaylı oxucular iştirak edirdilər. Azərbaycanın xalq artistləri Flora Kərimova, Niyaməddin Musayev və gözəl mahnıları ilə qəlbləri fəth edən Elxan Şirinov öz ifaları ilə şairin yubiley tədbirində xoş əhval-ruhiyyə yaratdılar. Tədbirdə əməkdar artist Ağalar Bayramov şairin şeirlərini özünə məxsus tərzdə səsləndirdi. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının istedadlı aktyorlarının Qəşəm Nəcəfzadənin "Məni ağladan it” hekayəsi əsasında hazırladıqları tamaşa yubiley tədbirinin iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.
Tanınmış şair Qəşəm Nəcəfzadənin yubileyinin ən yadda qalan çalarlarından biri də bu möhtəşəm tədbiri şairin özünün aparması, ssenarinin orijinal və lokanik olması idi. Bu yeni formatda keçirilən tədbirdə qonaqlara xoş əhval-ruhiyyə bəxş edildi. Qəşəm Nəcəfzadənin yeni formatda keçirilən yubiley tədbiri onun orijinal və bənzərsiz şair olduğunu, qeyri-adi xüsusiyyətlərlə hamını heyrətləndirməyi bacardığını bir daha sübut etdi.
Sonda 60 illik yubileyi münasibətilə şairi təbrikə gələn qələm dostları, oxucular ona yaxınlaşıb, xoş arzularını bildirdilər.


55831 oxunub

InvestAZ