XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



“Böyük dəbilqə” turnirdə 17 cüdoçumuz qüvvəsini sınayacaq
İdman 15:10 / 29.03.2023
Martın 31-də Antalyada start götürəcək "Böyük dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib. Türkiyədəki yarışda 17 idmançımız tatami üzərinə çıxacaq. Turnirdə kişilərin yarışında ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Nazir Talıbov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (+100 kq) qoruyacaqlar.

Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar.

Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.



22546 oxunub

InvestAZ