UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilir. İlk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Başakşehir" doğma meydanda "Gent"i qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, "Gent" pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.
UEFA Konfrans Liqası, 1/8 finalın cavab oyunları
15 mart
21:00. "Başakşehir" (Türkiyə) - "Gent" (Belçika)
İlk oyun - 1:1