XƏBƏR LENTİ
04 Dekabr 2022
02 Dekabr 2022
01 Dekabr 2022
30 Noyabr 2022
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022



“Vüqar Həşimov Memorial-2022” superturniri keçiriləcək
İdman 14:21 / 24.11.2022

"Vüqar Həşimov Memorial-2022” superturniri keçiriləcək

Dekabrın 17-dən 24-dək Bakıda mərhum şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2022” superturniri keçiriləcək. 10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Fairmont Baku” hotelində baş tutacaq.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Turnir 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar keçirilməyib.

Həmçinin yarışda dünya şahmat tarixində ilk dəfə innovativ yeniliklərdən istifadə olunacaq.

Qeyd edək ki, ötən il turnir üçün yeni loqo hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.



886 oxunub

InvestAZ