XƏBƏR LENTİ
02 Aprel 2025
01 Aprel 2025
31 Mart 2025
30 Mart 2025



Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
İdman 10:12 / 31.03.2025

Yunanıstanın Rodos adası bu gün start götürəcək fərdi Avropa çempionatına ev sahibliyi edəcək. Turnirdə Azərbaycanın qadın şahmatçıları da qələbə üçün mübari̯zə aparacaqlar.

Yarışda ölkəmizi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova təmsil edəcək.

Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Yarış aprelin 11-də başa çatacaq. Avropa çempionatında ümumilikdə 137 şahmatçı iştirak edəcək. Reytinq favoritinin gürcü şahmatçı Nino Batsiaşvili olduğu bildirilir.

Turnirin mükafat fondu 60 min avro təşkil edir. Çempionluq qazanacaq zəka sahibinə 10 min avro mükafat veriləcək.

Bundan başqa, Avropa çempionatında ilk 10 yeri tutan şahmatçılar növbəti mərhələyə - Dünya Kubokuna vəsiqə qazanacaq.


587 oxunub

InvestAZ