XƏBƏR LENTİ
15 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025



Ölkə çempionatında növbəti oyunlar keçirilib
İdman 00:20 / 04.12.2023

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Murov Az Terminal” Yüksək Liqanın debütantı "Xarı Bülbül Laçın” komandası ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. Komandaların hərəsi iki set qazandığından qalib tay-brekdə müəyyən olunub. Bu hissədə daha dəqiq oynayan "Murov Az Terminal” görüşün qalibi olub.

GİN-in Voleybol Mərkəzində təşkil olunan növbəti görüşdə "Neftçi” və "Xarı Bülbül Şuşa” klubları üz-üzə gəlib.

Ölkəmizi avrokubokda təmsil etmiş "Xarı Bülbül Şuşa” çempionatdakı ilk qarşılaşmasına yaxşı başlayıb və birinci seti 25:21 hesabı ilə aktivinə yazıb. Gərgin keçən ikinci hissədə isə "Neftçi” 27:25 hesabı ilə üstün olub. Şuşa təmsilçisi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri də qalib başa vurub - 25:15, 25:18. Beləliklə, "Xarı Bülbül Şuşa” 3:1 hesablı qələbə ilə həm də çempionatda ilk xallarını qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 8 xalla "Azərreyl” başçılıq edir. "Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xal toplamış "Neftçi” və "Xarı Bülbül Laçın” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. 3 xalı olan "Xarı Bülbül Şuşa” 5-ci, keçirdiyi bütün oyunlarda məğlub olan MOİK isə sonuncu pillədə qərarlaşıb.


15009 oxunub

InvestAZ