XƏBƏR LENTİ
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Paytaxtımızda yeni şahmat akademiyasının açılış oldu
İdman 13:02 / 13.11.2023

Bakıda "ŞAH & mat” şahmat akademiyası fəaliyyətə başlayıb. Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov, tanınmış şahmatçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar akademiya ilə tanış olublar.

Açılış mərasimində çıxış edən klubun rəhbəri, Əməkdar məşqçi Anar Allahverdiyev ölkədə idmana göstərilən dövlət qayğısından, idmançıların, o cümlədən şahmatçıların beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. O, akademiyanın perspektivləri və hədəfləri barədə qonaqlara məlumat verib.

Mahir Məmmədov akademiyanın fəaliyyətə başlamasını yüksək qiymətləndirərək bildirib ki, bu şahmat məktəbi yeni istedadların üzə çıxmasına böyük töhfələr verəcək: "Akademiyanın təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaqla yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. "ŞAH & mat” akademiyası qısa bir zamanda ölkə şahmatına yeni adlar qazandıracaq. Çünki burada peşəkarlardan ibarət komanda çalışır”.

Əməkdar məşqçi Xanlar Allahverdiyev çıxış edərək Azərbaycan şahmatında əldə olunan nailiyyətlərdən danışıb, klubun gələcəkdə milli komandalara perspektivli idmançılar bəxş edəcəyinə inandığını diqqətə çatdırıb, "ŞAH & mat”a fəaliyyətində uğurlar arzulayıb.

Sonra açılış mərasimi münasibətilə 7 turdan ibarət blits yarışına start verilib. Oğlanların mübarizəsində Əhməd Hüseynov, qızlarda isə Əsnad Baxşızadə bütün rəqiblərinə qalib gələrək birinci olublar. Qaliblərə pul mükafatı və xatirə hədiyyələri təqdim olunub.


8191 oxunub

InvestAZ