SON XƏBƏRLƏR
-
Bugün, 15:27
İdmanAzərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
-
Bugün, 13:34
İdmanBu gün Ümumdünya Cüdo Günüdür
-
Bugün, 11:33
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
-
Bugün, 11:10
İdmanU-15 dünya çempionatı çərçivəsində iştirakçılar üçün əyləncəli festival keçirilib
-
Bugün, 11:03
Müsahibə“Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq”
-
Bugün, 10:56
İdmanBakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
-
Bugün, 10:48
İdmanDünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
-
Bugün, 10:28
İdman“Judo Club 2012” Bakı birinciliyində komanda hesabında qalib oldu
-
Bugün, 00:35
İdmanÖlkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib
-
27.10.2026, 20:19
İdmanBakı birinciliyinin qalibləri müəyyənləşib
-
27.10.2026, 19:45
İdmanKlassiklərimiz dünya çempionatını ikinci pillədə başa vurublar
-
27.10.2026, 18:02
İdmanAzərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər
-
27.10.2026, 14:41
İdmanDakar-2026-da Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
-
27.10.2026, 13:25
İdmanBeynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib
-
27.10.2026, 11:29
İdmanAzərbaycan təmsilçisi avrokuboklarda ilk oyununa çıxır
-
27.10.2026, 11:01
İdmanCüdoçularımız Asiya Kubokunda iştirak edəcəklər
-
27.10.2026, 10:47
İdman"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
27.10.2026, 10:07
İdmanBu gün dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
-
27.10.2026, 08:43
İdmanHarri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
-
26.10.2026, 17:43
İdmanAzərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
-
26.10.2026, 15:54
İdmanAzərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
26.10.2026, 13:32
İdmanBoksçularımız dünya çempionatında 2 medal qazanıblar
-
26.10.2026, 13:23
İdmanAzərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
-
26.10.2026, 13:12
İdmanÖzbəkistan və Azərbaycanın idman nazirləri Respublika Velotrekində olublar
-
26.10.2026, 12:59
İdmanBakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib
-
26.10.2026, 12:49
İdmanStolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçıları sırasında
-
25.10.2026, 21:28
GündəmDünya çempionatında növbəti tarixi uğur
-
25.10.2026, 17:59
GündəmEldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
-
24.10.2026, 22:46
GündəmPrezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
-
24.10.2026, 20:26
İdmanİki güləşçimiz dünya çempionatının finalında
-
24.10.2026, 10:39
GündəmBakıda FIFA U-15 dünya çempionatına start verilir
-
23.10.2026, 18:39
GündəmÖlkəmiz ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
-
23.10.2026, 15:55
İdmanNenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
-
23.10.2026, 15:44
İdmanYeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
İdman
Bugün, 15:27
Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.
Olimpiyadunyasi.com xəbər verir ki, milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.
Komandalarımız arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.
U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandamızın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.
U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.
Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalarımız bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.
Qitə birinciliklərində əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı millimizə medal sayını artırmaq və ilin uğurlarına yeni nailiyyətlər əlavə etmək imkanı yaradacaq.