SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Messi millidəki karyerasını başa vurdu

Messi millidəki karyerasını başa vurdu

İdman

Bugün, 10:49

Argentinalı futbol ulduzu Lionel Messi milli komandadakı karyerasını başa vurub.

Olimpiyadunyasi.com xəbər verir ki, 39 yaşlı futbolçu vida matçını  yoldaşlıq oyunu çərçivəsində Benin yığmasına qarşı keçirib. Buenos-Ayresdə keçirilən oyun Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Messi millidəki son oyununda bir qol və iki qol ötürməsi ilə yadda qalıb. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, Lionel Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, milli komandada 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi Argentina ilə 2022-ci il dünya çempionatının, iki dəfə Amerika Kubokunun və Finalissimanın qalibi olub.

Dİgər xəbərlər