SON XƏBƏRLƏR
-
Bugün, 04:48
İdmanElnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
-
Bugün, 04:40
Olimpiya oyunlarıAdil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
-
Bugün, 04:32
Olimpiya oyunlarıGülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
-
Bugün, 04:26
Olimpiya oyunlarıAnar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
-
Bugün, 03:41
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
-
14.11.2026, 15:09
MədəniyyətTapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
-
13.11.2026, 23:33
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
-
13.11.2026, 15:01
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
-
13.11.2026, 13:31
İdmanAzərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
-
13.11.2026, 12:10
Olimpiya oyunlarıBu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
-
13.11.2026, 10:47
İdmanUEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
-
13.11.2026, 00:39
İdmanAzərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
-
12.11.2026, 23:23
İdmanQılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
-
12.11.2026, 23:07
İdmanAzərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
-
12.11.2026, 17:47
Olimpiya oyunlarıGülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
-
12.11.2026, 17:32
GündəmAzərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
-
12.11.2026, 16:14
Olimpiya oyunlarıBoksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
-
12.11.2026, 13:27
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
-
12.11.2026, 13:05
DigərAzərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
-
12.11.2026, 10:29
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
-
12.11.2026, 02:33
GündəmPrezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
-
12.11.2026, 00:15
Olimpiya oyunlarıAdil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
-
11.11.2026, 23:25
Olimpiya oyunlarıBoksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
-
11.11.2026, 23:11
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
-
11.11.2026, 21:57
Olimpiya oyunlarıAzərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
-
11.11.2026, 20:25
Olimpiya oyunlarıTaekvondoçumuz Dakar-2026-nın finalında
-
11.11.2026, 18:27
İdmanBakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
-
11.11.2026, 17:04
Olimpiya oyunlarıDakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
-
11.11.2026, 16:49
Olimpiya oyunlarıDakar-2026: Boksçumuz finala vəsiqə qazandı
-
10.11.2026, 23:57
Olimpiya oyunlarıBu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
-
10.11.2026, 23:24
Olimpiya oyunlarıDakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
-
10.11.2026, 17:27
Olimpiya oyunlarıVelosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
-
10.11.2026, 09:01
Olimpiya oyunlarıŞose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
-
10.11.2026, 04:19
Olimpiya oyunlarıTunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
İdman
06.10.2026, 21:21
"Yarışla bağlı təəssüratlarım çox gözəldir. Həm hazırlıq, həm çəki salmaq, həm də çəki saldıqdan sonra bərpa olunmaq mərhələsini bacardığım qədər düzgün yerinə yetirdiyimi düşünürəm".
Olimpiyadunyasi.com xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
O, doğma azarkeşlər önündə çıxış etməyin həyəcanlı olduğunu və daha yüksək nəticə üçün səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb: “Müəllimlərimin, eləcə də komandadakı təcrübəli yoldaşlarımın məsləhətlərinə qulaq asırdım. Nəticə də göz qabağındadır. Fikirləşirəm ki, səhvlərimin üzərində işləməliyəm. Özümə daha çox güvənməliyəm. Çünki güc cəhətdən heç kimdən geridə qalmıram. Sadəcə, bəzən etdiyim səhvlərə görə uduzuram. Çalışacağam ki, həmin səhvləri düzəldim”.
Cüdoçu qazandığı uğuru xüsusi olaraq kiməsə həsr etmədiyini, ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirib: “Bunu yalnız bir və ya iki nəfərə həsr etdiyimi desəm, böyük səhv olar. Çünki tanıdığım hər kəs mənə dəstək göstərir, kömək edir, tribunalar dəstəkləyir. Bir-iki nəfərin adını çəkməklə hər kəsin haqqına girmək istəmirəm. Hər kəsə təşəkkürümü bildirirəm. Fikirləşirəm ki, bacardığım qədər onların ümidlərini doğrultdum”.
Üçüncü yer uğrunda görüşdəki braziliyalı rəqibindən söz açan R.Məmmədəliyev ona qalib gəlmək üçün qurduqları taktikanın bəhrə verdiyini qeyd edib: “Braziliyalı idmançını yaxşı tanıyırdım. Təlim-məşq toplanışlarında onunla çox güləşmişəm. Təcrübəli cüdoçudur, bundan öncə həm Olimpiada, həm də dünya çempionatında nəticələri olub. Müəllimlərlə birlikdə onun görüşlərinə uyğun plan qurduq. Həmin plana uyğun güləşdim və şükürlər olsun ki, qalib gələ bildim”.