SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub

Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub

İdman

15.09.2026, 20:11

Sentyabrın 15-də Azərbaycan İdman Akademiyasına (AİA) yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AİA-nın rektoru Fuad Hacıyev və prorektoru Ülkər Babayeva çıxış ediblər.

Daha sonra Akademiyanın əvvəlki illərdə məzunu olmuş mütəxəssislərin tələbələrə ünvanladıqları videotəbriklər nümayiş olunub. Ardınca Akademiyaya yüksək balla qəbul olmuş bakalavr və magistratura pilləsində təhsil alan gənclər çıxış ediblər.

Tədbirin sonunda yüksək nəticə göstərərək Akademiyaya qəbul olmuş bakalavr Məcid Məmmədəliyevə (602,4 bal) və magistr Rəvan Səmədova (72,5 bal) tələbə vəsiqələri nazir Fərid Qayıbov və rektor Fuad Hacıyev tərəfindən təqdim edilib.

Dİgər xəbərlər