SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib

İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib

İdman

13.09.2026, 22:43

İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) fəaliyyətinə uzun illər töhfə vermiş, Assosiasiyanın Baş Katibliyinin üzvü Əşrəf Dahruc vəfat edib.

Olimpiyadunyasi.com xəbər verir ki, Əşrəf Dahruc 30 ildən artıq müddətdə İslam Həmrəyliyi İdman Assosiasiyasının fəaliyyətində yaxından iştirak edib. O, uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı və fədakar əməyi ilə Assosiasiyanın inkişafına mühüm töhfələr verib.

Fəaliyyəti dövründə Azərbaycan idmanına da hər zaman dəstəyini göstərən mərhumun vəfatı Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən də dərin hüznlə qarşılanıb.

Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi İdman Assosiasiyasında 30 ildən çox xidmət göstərən Assosiasiyanın Baş Katibliyinin üzvü Əşrəf Dahrucun vəfatına görə Assosiasiyaya, onun ailəsinə, yaxınlarına, həmkarlarına və sevənlərinə dərin hüznlə başsağlığı verir və kədərlərini bölüşür.

Allah rəhmət eləsin!

Dİgər xəbərlər