SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib

\"Kəpəz\"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib

MOK

Bugün, 14:59

AFFA-nın təşəbbüsü ilə "Kəpəz" Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, məşqçi və texniki heyətin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Gəncə təmsilçisindən verilən məlumata görə, tədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli çıxış ediblər.
Seminar zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb.

Dİgər xəbərlər