SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Korintians" Memfis Depayla yollarını ayırdı

\"Korintians\" Memfis Depayla yollarını ayırdı

İdman

Bugün, 11:43

Braziliyanın “Korintians” klubu niderlandlı hücumçu Memfis Depayla yollarını ayırıb.

Olimpiyadunyasi.com xəbər verir ki, klub rəhbərliyi 31 yaşlı futbolçunun müqaviləsini yeniləməmək qərarına gəlib. “Korintians” bu qərarın əsas səbəbinin klubun maliyyə vəziyyəti olduğunu açıqlayıb.

Rəsmi açıqlamada bildirilib ki, komandanın hazırkı və gələcək maliyyə öhdəlikləri nəzərə alınaraq Depayla yeni müqavilənin imzalanması klubun maliyyə balansının qorunması və dayanıqlılığının təmin edilməsi baxımından məqsədəuyğun hesab edilməyib.

“Bu, çətin qərardır. Lakin klubun gələcəyi naminə bunun zəruri olduğuna şübhə yoxdur”, – deyə “Korintians”ın açıqlamasında qeyd olunub.

Memfis Depay “Korintians”ın heyətində ümumilikdə 79 oyuna çıxıb. Niderlandlı hücumçu bu görüşlərdə 20 qol vurub və 15 məhsuldar ötürmə edib. O, Braziliya klubunun heyətində üç kubok qazanıb.

Dİgər xəbərlər