SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Konfrans Liqası: "Neftçi" Bakıda "Dinamo"ya məğlub oldu

Konfrans Liqası: \"Neftçi\" Bakıda \"Dinamo\"ya məğlub oldu

İdman

22.07.2026, 22:01

"Neftçi" futbol klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Belarusun Minsk "Dinamo"subu qəbul edib. "Palms Sports Arena"da keçirilən qarşılaşma rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 2:4.

Baxmayaraq ki, oyuna Azərbaycan təmsilçisi daha fəal başlamışdı. Matçda hesab 2-ci dəqiqədə açılıb. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov fərqlənib. 6 dəqiqə sonra qonaqların futbolçusu Aleksandr Selyava avtoqol müəllifi olub.

Lakin "Neftçi" üstünlüyünü sona qədər qoruya bilməyib. Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Dİgər xəbərlər