SON XƏBƏRLƏR
-
07.08.2026, 14:40
İdmanQızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
07.08.2026, 13:38
İdmanCüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
-
07.08.2026, 13:18
İdman"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
-
07.08.2026, 12:51
İdmanLui van Qal xərçəngə qalib gəldi
-
07.08.2026, 12:24
İdmanBədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
07.08.2026, 11:13
İdmanAzərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
-
07.08.2026, 10:40
İdman"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
-
07.08.2026, 10:28
GündəmPaytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
-
06.08.2026, 23:14
İdman"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
-
06.08.2026, 15:42
İdman"Kürü keçək?! 5" yarışında iştirakçı sayı rekord həddə çatıb
-
06.08.2026, 15:25
İdman"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
-
06.08.2026, 12:57
MOK"More Than Medals World" layihəsinə start verilib
-
06.08.2026, 12:48
İdmanOlimpiya çempionunun atası vəfat edib
-
06.08.2026, 12:27
İdman"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
-
06.08.2026, 10:18
İdmanCüdoçularımız dünya çempionatında iştirak edəcəklər
-
05.08.2026, 23:29
İdman"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
-
05.08.2026, 22:26
GündəmFIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
-
04.08.2026, 15:17
İdmanQusarda güləşin dostluq körpüsü
-
03.08.2026, 22:10
İdmanÇimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
-
03.08.2026, 20:03
İdmanOlimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
-
03.08.2026, 18:45
İdmanYardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
03.08.2026, 17:27
İdmanQadın velosipedçimiz Çində qələbə qazanıb
-
03.08.2026, 17:06
İdman"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 17:02
İdmanKonfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
-
03.08.2026, 16:48
İdmanFərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
-
03.08.2026, 16:46
İdmanQusarda Respublika Şahmat Olimpiadasına start verilib
-
03.08.2026, 14:56
İdmanCüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
-
03.08.2026, 14:35
İdman"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 13:40
İdmanYeniyetmə boksçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
-
02.08.2026, 23:49
MOK"Qarabağ"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq
-
02.08.2026, 19:09
GündəmDünya çempionatı: Güləşçimiz gümüş medal qazandı
-
02.08.2026, 17:28
İdmanRonaldo və Corcina evlənməyə hazırlaşır
-
02.08.2026, 17:02
İdmanHəvəskar velosipedçilər arasında Federasiya Kuboku keçirilib
-
02.08.2026, 16:58
İdmanU-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Gündəm
21.07.2026, 18:15
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, akademik Çingiz Hüseynzadənin 75 yaşı tamam olur.
1951-ci il iyulun 21-də Bakı şəhərində anadan olan Çingiz Hüseynzadə uzun illər ərzində həm elm, həm də idman və Olimpiya Hərəkatı sahəsində səmərəli fəaliyyət göstərir.
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirən Çingiz Hüseynzadə 1972-ci ildə Yəmən Xalq Demokratik Respublikasında tərcüməçi kimi işləyib.
1977-1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb.
Çingiz Hüeynzadə 1981-1984-cü illərdə Liviyada tərcüməçi kimi fəaliyyətini davam etdirib.
1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunda işləyən Çingiz Hüseynzadə 1992-ci ildə Azərbaycan Dövlət Füzuli Yubiley Komissiyasının məsul katibi təyin olunub.
1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində elm sektoruna müdir təyin edilib.
Çingiz Hüseynzadə 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasında Humanitar siyasət şöbəsinin məsləhətçisi kimi çalışaraq elm, təhsil və idman sahələrinin kuratoru olub. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü kimi ölkədə idman və Olimpiya Hərəkatının inkişafına mühüm töhfələr verir.
2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 100-ə yaxın elmi əsərin, "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.
Çingiz Hüseynzadə 1996-2023-cü illərdə Azərbaycan Atletika Federasiyasına rəhbərlik edib, 2009-cu ildən İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvüdür. Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü kimi AOK-un Olimpiya Oyunları Komissiyasına rəhbərlik edərək, müxtəlif beynəlxalq idman qurumlarında ölkəmizi layiqincə təmsil edib. Çingiz Hüseynzadə 1996-cı ildən etibarən Yay və Qış Olimpiya Oyunlarında Azərbaycanın rəsmi nümayəndə heyətində təmsil olunur.
Milli Olimpiya Komitəsinin 10, 15, 20, 25, 30 illik yubiley kitablarının ideya müəllifi və Baş redaktorudur.
Onun çoxillik fəaliyyəti dövlətimiz və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Çingiz Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” (2007) və “Şərəf” ordenləri (2021) ilə təltif olunub. O, həmçinin “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına (2001), Avropa Olimpiya Komitəsinin “Olimpiya Şöhrəti” (2010) mükafatına, Beynəlxalq Hərbi İdman Şurasının ordeninə (2018), “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına (2024) və digər nüfuzlu mükafatlara layiq görülüb.
Çingiz Hüseynzadəni 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı sahəsindəki fəaliyyətində yeni uğurlar arzulayırıq.