SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər 

Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər 

İdman

20.07.2026, 12:18

Azərbaycan avarçəkənləri Macarıstanın Seqed şəhərində kayak, kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatına qatılacaqlar.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Qitə çempionatına dörd idmançı qatılacaq. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoedə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəni təmsil edəcəklər.

Xatırladaq ki, yarış iyulun 23-26-sı aralığında təşkil olunacaq.

Dİgər xəbərlər