SON XƏBƏRLƏR
-
07.08.2026, 14:40
İdmanQızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
07.08.2026, 13:38
İdmanCüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
-
07.08.2026, 13:18
İdman"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
-
07.08.2026, 12:51
İdmanLui van Qal xərçəngə qalib gəldi
-
07.08.2026, 12:24
İdmanBədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
07.08.2026, 11:13
İdmanAzərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
-
07.08.2026, 10:40
İdman"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
-
07.08.2026, 10:28
GündəmPaytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
-
06.08.2026, 23:14
İdman"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
-
06.08.2026, 15:42
İdman"Kürü keçək?! 5" yarışında iştirakçı sayı rekord həddə çatıb
-
06.08.2026, 15:25
İdman"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
-
06.08.2026, 12:57
MOK"More Than Medals World" layihəsinə start verilib
-
06.08.2026, 12:48
İdmanOlimpiya çempionunun atası vəfat edib
-
06.08.2026, 12:27
İdman"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
-
06.08.2026, 10:18
İdmanCüdoçularımız dünya çempionatında iştirak edəcəklər
-
05.08.2026, 23:29
İdman"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
-
05.08.2026, 22:26
GündəmFIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
-
04.08.2026, 15:17
İdmanQusarda güləşin dostluq körpüsü
-
03.08.2026, 22:10
İdmanÇimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
-
03.08.2026, 20:03
İdmanOlimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
-
03.08.2026, 18:45
İdmanYardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
03.08.2026, 17:27
İdmanQadın velosipedçimiz Çində qələbə qazanıb
-
03.08.2026, 17:06
İdman"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 17:02
İdmanKonfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
-
03.08.2026, 16:48
İdmanFərid Qayıbov ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
-
03.08.2026, 16:46
İdmanQusarda Respublika Şahmat Olimpiadasına start verilib
-
03.08.2026, 14:56
İdmanCüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
-
03.08.2026, 14:35
İdman"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib
-
03.08.2026, 13:40
İdmanYeniyetmə boksçularımız Şamaxıda təlim-məşq toplanışına başlayıb
-
02.08.2026, 23:49
MOK"Qarabağ"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq
-
02.08.2026, 19:09
GündəmDünya çempionatı: Güləşçimiz gümüş medal qazandı
-
02.08.2026, 17:28
İdmanRonaldo və Corcina evlənməyə hazırlaşır
-
02.08.2026, 17:02
İdmanHəvəskar velosipedçilər arasında Federasiya Kuboku keçirilib
-
02.08.2026, 16:58
İdmanU-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
İdman
16.07.2026, 22:46
Tarixdə ilk dəfə U17 güləş üzrə dünya çempionatı 1975-ci ildə keçirilib. 1976-1979, 1981, 1984-1986 və 2000-2010 illərində yarış təşkil olunmayıb. 2020-ci ildə çempionat COVID-19 pandemiyası səbəbindən ləğv edilib. 2016-cı ildən etibarən yarış U17 dünya çempionatı adı altında keçirilir və hər il sərbəst güləş, yunan-Roma güləşi və qadın güləşi üzrə təşkil olunur.
İyulun 27-dən avqustun 2-dək U17 güləş üzrə dünya çempionatı paytaxtımız Bakıda keçiriləcək. Turnirə dünyanın onlarla ölkəsindən 17 yaşadək ən güclü güləşçilərin qatılması gözlənilir. Yarış Milli Gimnastika Arenasında təşkil olunacaq və bu mötəbər tədbir Azərbaycanın beynəlxalq idman aləmində qazandığı etimadın növbəti göstəricisi hesab olunur. Bakı daha əvvəl də 2012-ci ildə eyni yaş qrupu üzrə dünya çempionatına ev sahibliyi etmişdi və bu təcrübə də seçimdə rol oynayıb.
Milli komanda sərbəst, yunan-Roma və qadın güləşi növlərində müntəzəm olaraq medal qazanaraq yaş qrupları üzrə dünya güləşinin aparıcı məktəblərindən biri statusunu qoruyur.
Xüsusilə 2012-ci ildə Bakıda keçirilən U17 dünya çempionatı Azərbaycan güləşi üçün tarixi nəticə ilə yadda qalıb. Yarışda sərbəst güləş, yunan-Roma güləşi və qadın güləşi növləri üzrə komanda nəticələri belə olub: Sərbəst güləş üzrə Azərbaycan I yer, Rusiya II yer, İran III yer; yunan-Roma güləşi üzrə Azərbaycan I yer, İran II yer, Rusiya III yer; qadın güləşi üzrə Yaponiya I yer, Çin II yer, Azərbaycan III yerə layiq görülmüşdür.
Ev sahibi komanda həmin yarışda ümumilikdə 19 medal (9 qızıl, 5 gümüş, 5 bürünc) qazanaraq turnirin ən uğurlu ölkələrindən biri olub. Çempion olan idmançılar arasında sərbəst güləş üzrə 42 kq – Yoşğun Məmmədov, 58 kq – Cavid (Cahid) Həsənzadə. Yunan-Roma güləşi üzrə 46 kq – Mikayıl Rəhmanov, 50 kq – Elnur Həsənov, 54 kq – Kərim Cəfərov, 58 kq – Murad Məmmədov, 63 kq – Ruhin Mikayılov, 76 kq – İslam Abbasov, qadın güləşi üzrə 70 kq – Sabirə Əliyeva yer alıblar.
Bakının ev sahibi seçilməsinin əsas səbəbləri
1. Böyük təşkilatçılıq təcrübəsi
Azərbaycan son illərdə Formula 1 Azərbaycan Qran-prisi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, müxtəlif dünya və Avropa çempionatları kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib. Bakı dəfələrlə güləş üzrə beynəlxalq turnirləri də yüksək səviyyədə təşkil edərək Beynəlxalq Güləş Federasiyasının (UWW) etimadını qazanıb.
2. Güclü idman infrastrukturu
Paytaxt Bakıda beynəlxalq standartlara cavab verən idman arenaları, müasir hotellər, inkişaf etmiş nəqliyyat sistemi və yüksək səviyyəli logistika mövcuddur. U17 dünya çempionatının Milli Gimnastika Arenasında keçirilməsi idmançılar və qonaqlar üçün əlverişli şərait yaradacaq.
3. Azərbaycanın güləş ölkəsi kimi nüfuzu
Güləş Azərbaycanda ən uğurlu idman növlərindən biridir. Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı medal qazanaraq ölkənin bu sahədə güclü ənənələrə malik olduğunu sübut ediblər. Bu nüfuz da Bakının ev sahibi kimi seçilməsində mühüm rol oynayıb.
4. Gənc idmançıların inkişafına töhfə
U17 dünya çempionatı gələcəyin çempionlarının üzə çıxdığı ən mühüm yarışlardan biridir. Turnirin Azərbaycanda keçirilməsi yerli gənc güləşçilərə dünya səviyyəli rəqiblərlə mübarizə aparmaq və beynəlxalq təcrübə qazanmaq imkanı yaradacaq.
5. Turizm və ölkə tanıtımı
Çempionat zamanı yüzlərlə idmançı, məşqçi, hakim və azarkeş Bakıya gələcək. Bu, Azərbaycanın turizm potensialının, milli mədəniyyətinin və qonaqpərvərliyinin beynəlxalq auditoriyaya təqdim olunmasına, həmçinin ölkə iqtisadiyyatına əlavə töhfə verməsinə şərait yaradacaq. Yarışa 650-dən çox idmançının qeydiyyatdan keçdiyi, ümumilikdə isə 1000-dən artıq qonağın Azərbaycana gəlməsinin gözlənildiyi bildirilir.
6. Beynəlxalq etimadın göstəricisi
UWW İcraiyyə Komitəsi 2026-cı il U17 dünya çempionatının ev sahibi kimi Bakını digər namizəd şəhərlər – Sofiya, İsgəndəriyyə, Əmman və Braşov üzərində üstün tutaraq seçib. Bu qərar Azərbaycanın beynəlxalq idman yarışlarını peşəkar səviyyədə təşkil etmək bacarığına verilən yüksək qiymətin göstəricisidir.
Bakı 2026-cı ildə yenidən U17 dünya güləş çempionatı 27 iyul–2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçirilməsi Azərbaycanın idman sahəsində qazandığı beynəlxalq nüfuzun, müasir infrastrukturunun və təşkilatçılıq imkanlarının məntiqi nəticəsidir. Bu yarış yalnız idman bayramı deyil, həm də ölkənin beynəlxalq imicinin gücləndirilməsi, gənc idmançıların inkişafı və Azərbaycanın dünya idmanında mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dilqəm Quliyev,
Azərbaycan İdman Akademiyasının
“İdmançı” qəzetinin baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı laureatı.