SON XƏBƏRLƏR
-
10.11.2026, 23:57
Olimpiya oyunlarıBu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
-
10.11.2026, 23:24
Olimpiya oyunlarıDakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
-
10.11.2026, 17:27
Olimpiya oyunlarıVelosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
-
10.11.2026, 09:01
Olimpiya oyunlarıŞose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
-
10.11.2026, 04:19
Olimpiya oyunlarıTunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
-
10.11.2026, 03:58
Olimpiya oyunlarıElgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
-
10.11.2026, 03:53
İdmanOyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
-
10.11.2026, 03:18
İdmanNihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
-
10.11.2026, 03:08
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
-
10.11.2026, 00:45
İdmanDakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
-
09.11.2026, 21:54
Olimpiya oyunlarıBoksçumuz Gülər Hüseynova Dakar-2026-da yarımfinala yüksəlib
-
09.11.2026, 14:18
İdmanÜçrəngli bayrağımız – Milli qürurumuz, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi
-
09.11.2026, 10:15
Olimpiya oyunlarıOğlanlardan ibarət çimərlik güləşi komandamız Olimpiya Oyunlarını qalibi oldu
-
09.11.2026, 09:35
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
-
09.11.2026, 09:01
Olimpiya oyunlarıDakar-2026: Boksçumuz mübarizəyə başlayır
-
09.11.2026, 04:16
Olimpiya oyunlarıTunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
-
09.11.2026, 04:08
Olimpiya oyunlarıElgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
-
09.11.2026, 00:20
GündəmPrezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
-
08.11.2026, 22:32
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısında yeddinci pillədə qərarlaşır
-
08.11.2026, 22:08
Olimpiya oyunlarıAtletimiz Dakar-2026-da çıxışı başa vurdu
-
08.11.2026, 21:47
İdmanElgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu
-
08.11.2026, 21:23
Olimpiya oyunlarıÇimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı
-
08.11.2026, 20:39
İdmanÇimərlik güləşçilərimiz Dakar-2026-nın finalında
-
08.11.2026, 19:43
Olimpiya oyunlarıDakar-2026: Atletimiz finala yüksəlib
-
08.11.2026, 19:27
Olimpiya oyunlarıDakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala yüksəliblər
-
08.11.2026, 18:07
GündəmMOK-un kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
-
08.11.2026, 17:29
Olimpiya oyunlarıŞose velosipedçimiz Dakar-2026-da mübarizə aparıb
-
08.11.2026, 17:15
İdmanDakar-2026: Taekvondoçumuz mübarizəni dayandırdı
-
08.11.2026, 16:13
Olimpiya oyunlarıDakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
-
08.11.2026, 12:53
GündəmPrezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
08.11.2026, 11:35
İdmanAzərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
-
08.11.2026, 09:02
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
-
07.11.2026, 23:58
MüsahibəNihad Süleymanlı: "Təəssüf ki, bir anlıq səhvə görə qızıl medalı əldən verdim"
-
07.11.2026, 23:40
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
İdman
16.07.2026, 12:59
"Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında 80-90 ölkədən 600-dən çox idmançının iştirakı gözlənilir".
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O bildirib ki, iştirakçı ölkələrin sayının Olimpiya Oyunları ilə müqayisədə az olmasının əsas səbəbi Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi reytinq sistemidir.
"Qaydalara əsasən, dünya çempionatında yalnız böyüklər arasında dünya reytinqinin ilk 100-lüyündə, gənclər arasında isə ilk 16-lığında yer alan idmançılar mübarizə apara bilirlər. Bu səbəbdən yarışda iştirak edəcək ölkələrin sayı təxminən 80-90 olacaq. Bu qayda həm yarışların keyfiyyətinin yüksəldilməsi, həm də proqramın daha səmərəli təşkili məqsədilə bir neçə il əvvəl tətbiq edilib. Dünya çempionatında iştirak hüququ verən yekun reytinq Qazaxıstanda sentyabr ayında keçiriləcək "Böyük Dəbilqə" turnirindən sonra formalaşacaq və məhz həmin reytinq əsasında iştirakçılar müəyyənləşdiriləcək", - deyə Rəşad Rəsullu bildirib.
O, həmçinin təşkilatçı ölkə kimi Azərbaycanın müəyyən üstünlüklərə malik olduğunu vurğulayıb. Qeyd edib ki, ev sahibi statusuna görə reytinq məhdudiyyəti Azərbaycan komandasına tam şəkildə şamil edilmir. Əsasnaməyə əsasən, Azərbaycan həm kişilər, həm də qadınlar arasında ümumilikdə maksimum 9 idmançı ilə təmsil oluna bilər. Hər çəki dərəcəsində isə ən çox iki cüdoçunun çıxışına icazə verilir. Beynəlxalq Cüdo Federasiyası təşkilatçı ölkəyə əlavə iştirak yerləri üçün müraciət etmək imkanı da yaradır. Əlavə kvotalarla bağlı yekun qərarın sentyabrın ikinci yarısında açıqlanacağı gözlənilir", - deyə Rəşad Rəsullu qeyd edib.