SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Çimərlik voleybolçularımız mükafatçılar sırasında

Çimərlik voleybolçularımız mükafatçılar sırasında

İdman

Bugün, 01:34

Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub. Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub. Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub. 

Dİgər xəbərlər