SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Olimpiya mükafatçımız Romada medalçılar sırasında yer aldı

Olimpiya mükafatçımız Romada medalçılar sırasında yer aldı

İdman

07.06.2026, 23:30

İtaliyanın Roma şəhərində keçirilən taekvondo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (58 kq) bürünc medal qazanıb.

Qaşim Maqomedov medal yolunda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, idmançı turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı. Qran-pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.

Dİgər xəbərlər