SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Bakıda "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda \"Üzgüçülük hamı üçün\" layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib

İdman

04.06.2026, 12:08

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə Bakıda keçirilən "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi olub.

Bakı Su İdmanı Sarayında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

F.Qayıbov çıxış edərək yarışa qatılan idmançılara uğurlar arzulayıb. O, turnirin üzgüçülük idman növünün təbliğində vacib rol oynadığını söyləyib.

Z.Əliyev də bu yarışın ölkə üçün əhəmiyyətini vurğulayıb. Federasiya prezidenti final mərhələsində iştirak edən idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə iyunun 5-də yekun vurulacaq.

Dİgər xəbərlər