SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Cüdoçularımız Avropa Oyunları ilə vidalaşdılar

Cüdoçularımız Avropa Oyunları ilə vidalaşdılar

İdman

01.07.2023, 14:22

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarının qarışıq komanda yarışında mübarizəni dayandırıb. Cüdoçularımız səkkizdəbir final mərhələsində Fransa seçməsi ilə qarşılaşıblar. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Günel Həsənli (70 kq), Nigar Süleymanova (+70 kq), Vüqar Talıbov (90 kq) və Camal Həmzətxanov (+90 kq) tatamidən məğlub ayrılıblar.

Komandamız ilk görüşündə Çexiya millisini 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, komanda yarışları bu gün başa çatacaq.

Dİgər xəbərlər