SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Messi yüzə çatdı

Messi yüzə çatdı

İdman

29.03.2023, 13:12

Argentina millisinin üzvü Lionel Messi yığmada 100 qol həddinə çatan üçüncü futbolçu kimi tarixə düşüb. Ulduz futbolçu buna Kurasao üzərində 7:0 hesablı qələbə qazandıqları oyunda nail olub.

36 yaşlı hücumçu het-trik etməklə Argentina yığmasındakı ümumi qollarının sayını 102-yə çatdırıb. Bu baxımdan rekordçu aktivində 122 qol olan portuqaliyalı Kriştianu Ronaldudur. İranlı Əli Daei isə 109 topla ikinci sıradadır.

Ümumilikdə 57-ci het-trikinə imza atan Messi karyerası ərzində qol sayını da 803-ə çatdırıb.

Dİgər xəbərlər