SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

III Avropa Oyunları: şahmatçılar üçün gözəl fürsət

III Avropa Oyunları: şahmatçılar üçün gözəl fürsət

İdman

15.03.2023, 13:32

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunları çərçivəsində Azərbaycan komandasının iştirak edəcəyi şahmat yarışı keçiriləcək. Bu barədə məlumatı Avropa Şahmat İttifaqının saytı yayıb. Məlumatda Avropa Oyunları çərçivəsində şahmat turnirinin iyunun 19-da baş tutacağı qeyd edilib. Qoşa blits formatında keçiriləcək yarışda Azərbaycan, Ukrayna, Fransa, Polşa, Rumıniya, Almaniya, Ermənistan və Niderland komandaları iştirak edəcək. Hər komanda gender bərabərliyinə uyğun olaraq iki oyunçudan ibarət olacaq.

Reqlamentə gəlincə, əvvəlcə komandalar dairəvi sistemlə yarışacaq. Beləliklə, onlar pley-offda mübarizəni davam etdirəcək 4 komandanı müəyyənləşdirəcəklər.

Dİgər xəbərlər