XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Pəhləvanlarımız dünya reytinq cədvəlində birinci pillədə qərarlaşıblar
Gündəm 10:14 / 03.10.2022
Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısını açıqlayıb. Milli komandalarımızın 10 üzvü ili ilk üçlükdə başa vurub. Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) 55000, Taleh Məmmədov (63 kq) 55200, Həsrət Cəfərov (67 kq) 50500 və Ülvü Qənizadə (72 kq) 58380 xalla öz çəki dərəcələrində reytinqi 1-ci yerdə tamamlayıblar. Rafiq Hüseynov (82 kq) 45200 xalla 2-ci, Murad Məmmədov (60 kq) 42500 xalla və Arif Niftullayev (97 kq) 44620 xalla 3-cü olub.
Qadın güləşində Elis Manolova (65 kq) 46400 xalla 2-ci, sərbəst güləşdə isə Osman Nurmaqomedov (92 kq) 45500 və Maqomedxan Maqomedov (97 kq) 47520 xalla 3-cü yeri tutublar.
Qeyd edək ki, bu xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən güləşçilərə verilir.

39090 oxunub

InvestAZ