XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Kontakt karate üzrə klublararası açıq birincilik başa çatıb 
İdman 13:09 / 21.09.2022
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və "Kempo” karate klubunun birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində kontakt karate üzrə klublararası açıq birincilik keçirilib. Yarışda Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, Azərbaycan Kontakt Karate Federasiyasının Prezidenti Ruslan Abbasov, "Kempo” klubunun prezidenti Şəmsi Hüseynov və idman ictimaiyyəti iştirak ediblər. Turnirdə 150-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.
Əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirililib. Ardınca isə turnirə start verilib və idmançılar qalib adına nail olmaq üçün əzmkar mübarizə aparıblar.
Turnirinin nəticəsinə əsasən qalib gələn idmançılar kubok, medal və müvafiq dərəcəli diplomlar əldə ediblər.

16968 oxunub

InvestAZ