XƏBƏR LENTİ
01 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Gənclər və idman naziri və MOK-un baş katibi Konyada futbol üzrə milli komanda ilə görüşüblər
İdman 22:23 / 12.08.2022
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirib və yarımfinal mərhələsinə vəsiqə qazanıb. Mərakeş yığması ilə oyundan əvvəl gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev milli komanda ilə görüşərək futbolçularımıza uğurlar arzulayıblar. Görüşdən sonra nazirlik və MOK rəsmiləri Mərakeş - Azərbaycan oyununu izləyiblər.


27503 oxunub

InvestAZ