XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb
İdman 14:45 / 12.05.2022

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün gerisayım başlayıb.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən məlumata görə, qurum yarış üçün sonuncu hazırlıqlarını tamamlayır.

BŞH-ın icraçı direktoru Arif Rəhimov Qran-priyə bütün biletlərin tam alınacağına ümid etdiyini söyləyib: "İzdihamı qarşılamağa səbrsizlənirik. Əvvəlki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. "Formula 1" azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir".

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.


28021 oxunub

InvestAZ