XƏBƏR LENTİ
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Paytaxt birinciliyinin qalibləri mükafatlandırıldı
İdman 16:10 / 13.10.2021

Respublika Velotrekində trek velosipedi üzrə Bakı birinciliyinə yekun vurulub. Yarışda klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə idmançılar 12 növdə güclərini sınayıblar.
Yarışın keçirilməsində əsas məqsəd 2022-ci ildə təşkil olunacaq İslam Həmrəyliyi Oyunları, həmçinin dünya və Avropa çempionatlarında iştirak edəcək trek velosipedi üzrə yığma komandaya namizəd idmançıları müəyyənləşdirməkdir.
Bakı birinciliyinin qalib və mükafatçıları Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.


34487 oxunub

InvestAZ