XƏBƏR LENTİ
30 Yanvar 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Millimiz qrup liderinə qarşı
İdman 12:01 / 12.10.2021
Futbol üzrə milli komandamız bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. A qrupunda yer alan komandamız Belqraddakı Rayko Mitiç stadionunda Serbiya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Ona bu işdə Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Natan Verbumen yerinə yetirəcək. Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landot olacaq.
Xatırladaq ki, bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.

41842 oxunub

InvestAZ