XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Zəka sahibləri xatirə turnirində yarışıblar
İdman 11:08 / 07.04.2021
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Xətai rayon Gənclər və İdman İdarəsi və "İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, baş leytenant Həmid Abbasbəylinin xatirəsinə onlayn şahmat turniri keçirilib. İsveçrə sistemi üzrə təşkil edilən yarışda Həsən Orucov qalib gəlib. Aytac Məmmədova yarışı ikinci, Allahverdi Həmidov isə üçüncü yerdə başa vurublar.
Şəhid Həmid Abbasbəyli "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları və "Qarabağ” ordeni ilə təltif olunub.

33136 oxunub

InvestAZ