XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Özildən "Fənərbağça" tarixində yeni rekord
İdman 14:28 / 16.02.2021
"Fənərbağça"nın yeni transferi Məsut Özil klubuna maddi gəlir gətirib. 32 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimində imzaladığı 3 forma ümumilikdə 36 min 50 avroya satılıb.
Özilin "Matchwornshirt" saytında satışa çıxardığı zolaqlı forma 26 min avroya, qızılı forma 4 min 800 avroya, lacivərt forma isə 5 min 250 avroya satılıb. Ümumilikdə məbləğ isə indiyədək olan forma satışları arasında rekord hesab edilir. İndiyədək ən yüksək göstərici PSJ-nin hücumçusu Neymarda idi. O, satışdan 13 min avro əldə etmişdi.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən ay "Arsenal"dan ayrılaraq "Fənərbağça"ya keçib. Türk əsilli futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

32540 oxunub

InvestAZ