XƏBƏR LENTİ
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026



Prezident İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq
Gündəm 15:15 / 08.12.2020
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə "8 Noyabr” adının verilməsi təşəbbüsü ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası "8 Noyabr” adlandırılsın”.

51801 oxunub

InvestAZ