XƏBƏR LENTİ
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib
Gündəm 23:23 / 20.11.2020
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı rəsmi "Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir.

"Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.


51173 oxunub

InvestAZ