XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Orxan Səfərov Avropa çempionu oldu
İdman 21:51 / 19.11.2020

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medal qazanıb. Qitə çempionatında finala qədər italiyalı Manuel Lombard, slovakiyalı Matej Poliak, serbiyalı Sebastian Seidl üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Serbiyanın daha bir cüdoçusu Strahinja Buncıcə də qalib gəlib. Finaldakı rəqibi İsrail cüdoçusu Tal Flicker üzərində də inamlı qələbə qazanan O.Səfərov Avropa çempionatının qalibi olub. Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edir.
Avropa çempionatı noyabrın 21-dək davam edəcək.



31911 oxunub

InvestAZ