XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Əsgərə məktub
Digər 10:04 / 20.10.2020
Salam əsgər!

Cəbhədə döyüşlərdə olsan da, xoşbəxtsən. Çünki Vətən sənə oğul deyib. Torpaqlarımızı erməni işğalçılarından azad etmək xoşbəxtliyi sənə nəsib olub. Hər günün bir şərəf, hər günün bir igidlik səlnaməsidir. Sən həm xilaskar əsgər, həm də canlı tarixsən. Döyüş meydanlarında misilsiz qəhrəmanlıqla xalqımızın şanlı tarixinin qızıl səhifələrini yazırsan. İnanıram ki, tezliklə düşmən üzərində tam qələbə çalacaqsan. Bu qələbə xəbərini Ali Baş Komandan xalqımıza çatdıracaq və Azərbaycan tarixinin yeni bir şərəfli dövri başlayacaqdır. Sənə ən xoş arzularımı çatdırır, səninlə qürur duyur və fəxr edirəm. Allah xalqımızı, Ali Baş Komandanımızı, şanlı, müzəffər Milli Ordumuzun generallarını, zabit və gizirlərini, əsgərlərini qorusun!


Tarix mat qalıb sənə,
Zamana dur deyirsən,
Sən öz hökmünü verib,
Komandir, vur deyirsən,
Azərbaycan əsgəri.


Düşməni nişan alan,
Gözünə qurban olum.
Yurduma naxış vuran,
İzinə qurban olum,
Azərbaycan əsgəri.


Sizin, Murad Qoçuoğlu

şair-jurnalist

20 oktyabr, 2020-ci il


29373 oxunub

InvestAZ