XƏBƏR LENTİ
11 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



“Fişer şahmatı” turnirinin qalibləri müəyyənləşib
İdman 16:43 / 14.09.2020
Dünya çempionu norveçli Maqnus Karlsen və amerikalı Hikaru Nakamura ABŞ-ın Sent-Luis şahmat klubunun onlayn təşkil etdiyi "Fişer şahmatı” turnirinin qalibi olublar. Turnir sürətli şahmat qaydalarına əsasən, dairəvi sistem üzrə keçirilib. Yarışın mükafat fondu 150 min ABŞ dolları təşkil edib. Qaliblərin hər biri 31 min 250 dollar qazanıblar.
Hər iki şahmatçı doqquz turda altı xal toplayıb. "Fişer şahmatı” amerikalı qrossmeyster, 11-ci dünya çempionu Bobbi Fişer tərəfindən icad edilən təsadüfi bir şahmat oyunudur. Qaydalara görə, piyadalar istisna olmaqla, bütün qara və ağ fiqurlar üfüqi vəziyyətdə bir-birinə simmetrik şəkildə təsadüfi düzülür və bunun nəticəsində start mövqeyində 960 variant yaranır. Oyunun adı – "960 şahmatı” da buradan əmələ gəlib. Fiqurların bu cür düzülüşü oyunçuların standart debüt kombinasiyalarından istifadəsinə imkan vermir və oyuna daha yaradıcı yanaşma tələb edir. Bu, həmçinin partiyaların daha maraqlı olmasına və kompüterdən müxtəlif debüt variantlarını dərindən təhlil edərək oyuna əvvəlcədən hazırlaşmağı istisna edir.

34350 oxunub

InvestAZ