Bəşəriyyətin qısa müddət ərzində düçar olduğu COVİD-19 koronavirus infeksiyası bu günə qədər də davam edir. Dünyanın hər bir yerində bu pandemiyaya qarşı mübarizə hökm sürür. Bu işdə həkimləri xüsusi qeyd etmək olar. Ağ xalatlı tibb işçiləri gecə-gündüz həyatlarını təhlükəyə ataraq, virusun məhvinə çalışırlar. İnsan üçün dəyərli olan sağlamlığın keşiyində duran həkimlər doğrudan da qəhrəmanlıq nümayiş etdirirlər. Azərbaycan həkimləri də gözəgörünməz virusla mübarizədə bilik və bacarıqlarını əsirgəmirlər. Sevindirici haldır ki, artıq ölkəmizdə yoluxma sayı azalır, sağalanların sayında isə yüksəliş xəbərlərini izləyirik.
Buna görə biz cəsur həkimlərimizə təşəkkür edirik. «Olimpiyadünyası.com» və «Olimpnews.az» saytı koronavirusla mübarizəyə qoşulan həkimlərimizdən biri barədə yazını çoxsaylı oxucularına təqdim edir. Yazının qəhrəmanı Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun kiçik elmi işçisi, kardioloq Aytən Quliyevadır.
Belə ki, təcrübəli kardioloq COVİD-19 koronavirus infeksiya xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə, «Qafqaz Baku City Hotel - Residences» hotelində müvəqqəti karantin müddətinə yerləşdirilən vətəndaşlara 23 mart - 2 aprel 2020-ci il tarixlərdə, mayın 15-dən 31-nə dək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında, 25,30 iyul 2020-ci il tarixlərdə "Atletlərdə", Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşlarının xeyirxah 2 ənənələri nəticəsində ahıl yaşlı insanlara 30 aprel "Evdə qal, biz gələrik” devizi ilə Bakı şəhərində, ev şəraitində və 28 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzində müayinələrin aparılması aksiyasında iştirak etmişdir. Kardioloq bu gərgin ışlərində göstərdikləri mənəvi dəstək və qayğıya görə ET Kardiologiya İnstitutunun rəhbərliyinə də öz minnətdarlığını bildirmişdir.
Aytən xanım söhbət zamanı bildirib ki, doğrudur, "Koronavirusla mübarizədə ilk sıralarda biz həkimlər, tibb işçiləri dayanırıq. Bizim, borcumuzdur ki, xüsusi fərdi geyimlər, maska, əlcək, yaxud eynəklərdən düzgün qaydada istifadə etmək, istifadə edilmiş vasitələrin utilizasiyası virusdan qorunmağa əməl edək. Bu qaydalara düzgün riayyət edilmədiyi halda biz həkimlərin, tibb bacılarının özləri koronavirusa yoluxa bilərlər. Necə ki, yoluxurlar. İlk növbədə biz həkimlər, tibb bacıları və digər tibb işçiləri özümüzü qoruyaraq, ciddi stress və yüksək psixoloji yüklənmədən çəkinməliyik. Bu gün dünyanı bürüyən koronavirus xəstəliyi həkimlik peşəsinin bir ölkə, xalq üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Hazırda həkimlərə olan ehtiyac göz önündədir. Çox sevindirici haldır ki, xaricdə tibb sahəsi üzrə təhsil alan gənclərimiz bu dar gündə ölkəmizə köməyə gəlir. Bu amil özlüyündə xalqımızın möhkəm birliyinin göstəricisidir.
Prezident İlham Əliyevin COVID-19 pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi strateji tədbirlər öz sistemliliyi və verilmiş bütün qərarların mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi, sağlamlığı və rifahının yüksəldilməsinin təmin edilməsi məqsədinin dayanması xüsusilə qeyd edilməlidir. Prezidentin nəzarəti ilə görülən qabaqlayıcı tədbirlər nəticə verir, ölüm və yoluxma səviyyəsi aşağıdır, əksinə sağalanların sayı gündən-günə artır. Buna görə də bu vəziyyətdə dövlət başçısının öz vətəndaşının təhlükəsizliyi üçün həkim əməyini yüksək qiymətləndirməsi onun xalqın yanında olmasını bir daha sübut etdi. Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb”. Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində bidirdiyi kimi: "Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə - həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.
Azərbaycanda koronavirusla mübarizənin ön cəbhəsində həkimlər, tibb bacıları və digər tibb işçiləridir. Virusa yoluxanların çoxu ilk növbədə onların səyləri nəticəsində yaxşılaşdılar və hətta tam sağaldılar. Hər zaman həkimlərin qayğıları ilə yaxından maraqlanan məətbuat işçilərinə də minnətdarlığımı bildirirəm. Aytən xanım sonda dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işi ilə doğrultmağa çalışacağını bildirdi. Bütün həkimlər, tibb bacıları koronavirusla mübarizədə birgə çalışırlar. "Sağlamlığımızın qorunması üçün fədakarcasına çalışan həkimlərimizə sonsuz sevgilərlə təşəkkür edirik".
Anar Əhmədov
47821 oxunub