XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Həbib atasının yarımçıq qalan işini davam etdirəcək
İdman 16:16 / 31.07.2020

Rusiyalı qarışıq üslublu döyüşçü Həbib Nurməhəmmədov atası Əbdülmanap Nurməhəmmədovun işini davam etdirmək niyyətində olduğunu açıqlayıb. Bu barədə Dağıstan Respublikası başçısının rəsmi saytında məlumat verilib.

Söhbət Kazbekov rayonunun Dubki qəsəbəsində idman kompleksinin və Tsumadin rayonunun Sildi kəndində təkbətək döyüş hazırlığı mərkəzinin tikintisindən gedir. H.Nurməhəmmədov Sildi kəndindəki obyektə şəxsən gedib. İdmançı bildirib ki, ekspertlərlə söhbət edib və onlara bir sıra suallar verib.
Qeyd edək ki, 57 yaşlı Əbdülmanap Nurməhəmmədov iyulun 3-də vəfat edib. O, aprel ayında xəstəxanaya yerləşdirilib və ona koronavirus diaqnozu qoyulub. Mütəxəssisin​ ölüm səbəbi isə keçirdiyi xəstəlikdən sonra yaranan ağırlaşma hesab olunur.


33739 oxunub

InvestAZ