XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



V​ İslam Həmrəyliyi Oyunlarının keçirilmə​ tarixi​ dəqiqləşdirildi
İdman 11:51 / 29.06.2020

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Əlaqələndirmə Şurasının İstanbuldakı oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransı keçirilib.

Onlayn toplantıda İHİF İcraiyyə Komitəsinin və 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva, Türkiyənin Gənclər və İdman nazirinin müavini, Misir Olimpiya Komitəsinin prezidenti, Tunis Olimpiya Komitəsinin rəhbəri, Banqladeş Olimpiya Komitəsinin Baş Katibi, İHİF-in Baş Katibi, İHİF-in İcraiyyə Komitəsinin üzvləri və digər şəxslər iştirak edib.
Müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin 5-ci İslam Həmrəyliyi oyunlarının 10-19 sentyabr 2021-ci il tarixdə keçirilməsi dəqiqləşdirilmişdir. Bununla əlaqədar idman obyektlərinin cari vəziyyətinə nəzər salınmış, pandemiyanın zərərli təsirlərini minimuma endirərək, infrastrukturun hazır duruma gətirilməsinin vacibliyi diqqətə çatdırılıb.


38132 oxunub

InvestAZ