XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



“Arsenal”ın baş məşqçisi koronavirusa yoluxub
İdman 13:59 / 13.03.2020

İngiltərənin "Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Koronavirusa yoluxub. Bu haqqda "topçuların” çalışdırıcısı özü məlumat verib.
İspaniyalı mütəxəsis məsələ ilə başlı bunları deyib: "Çox məyusam. Özümü pis hiss etdim və dərhal analiz verdim. Nəticə bəllidir. Sağlamlıq hamı üçün əsas şərt olmalıdır. Hər kəsi bu məsələdə diqqətli olmağa çağırıram. Həkimlər icazə verən kimi işimə qayıdacağam”.
Qeyd edək ki, 37 yaşlı çalışdırıcının hazırda həkim nəzarətində olduğu və onunla ünsiyyətdə olan hər kəsin karantinə alınacğı bildirilib.

42943 oxunub

InvestAZ