XƏBƏR LENTİ
25 Fevral 2020
07 Fevral 2020
06 Fevral 2020
02 Fevral 2020
26 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020
20 Yanvar 2020
19 Yanvar 2020
16 Yanvar 2020
15 Yanvar 2020
14 Yanvar 2020
13 Yanvar 2020



Kəmər güləşi üzrə beynəlxalq turnirdə 2 medal
İdman 16:30 / 19.01.2020

İranın Qolestan vilayətinin Qombed şəhərində kəmər güləşi üzrə  beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, İran, Türkmənistan və Əfqanıstanı təmsil edən 100-ə yaxın idmançı iştirak edib. Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında İrana yollanan yığma komandamızın tərkibində 5 idmançı, 1 məşqçi və 1 hakim yer alıb. 
İdmançılar yarışda 74 kq, 82 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Komandamız turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb. Yarışda +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. Komandamızın digər üzvü Cavid Mustafayev isə bürünc medala sahib çıxıb. 
Qeyd edək ki, turnirdə ölkəmizi hakim qismində Rəsul Həsənov təmsil edib. İrana yollanan komandamızın tərkibində həmçinin məşqçi Ayaz Cəfərov da yer alıb.

1333 oxunub

InvestAZ